Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110003
az

Rəisinin meyiti tanınmaz halda olub - ŞOK DETALLAR AÇIQLANDI

00:4727 May, 2024
323
  • A

ABŞ mətbuatı İran prezidenti İbrahim Rəisinin və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həlak olduğu helikopter qəzası və ondan sonra baş verənlərlə bağlı diqqətçəkən təhlillər dərc edib.

 

Oxu24.com xəbər  verir  ki, “New York Times” qəzetində dərc olunan təhlilə əsasən məlum olub ki, qəzadan sonra helikopterdəki İmam Əl-Haşimlə əlaqə saxlanılıb və Haşimin səsi zəifləməyə başladığı üçün vəziyyətin ciddiliyi başa düşülüb.

 

Təhlillərə görə, İran rəsmiləri helikopterin təcili eniş yox, qəzaya uğradığı məlum olduqdan sonra paytaxt Tehranda çaxnaşmanın hökm sürdüyünü iddia edib. Həmin vaxtdan sonra Rəisinin ya ağır yaralandığı, ya da öldüyü məlum olub.

 

Tehran administrasiyası terror təşkilatı İŞİD və İsrail kimi düşmənlərin hücumu həyata keçirməsindən şübhələnirdi. İran kəşfiyyatının agentləri mümkün nümayişlərin qarşısını almaq üçün küçələrə çıxıb.

 

Qəzetdə dərc olunan təhlildə İran prezidenti və xarici işlər naziri Abdullahiyanın cəsədlərinin tanınmaz dərəcədə yandığı bildirilib. Bildirilib ki, İranın axtarış-xilasetmə qrupları üzüyündən prezident Rəisi, saatından isə xarici işlər naziri Abdullahiyanı tanıyıb.

 

İran prezidenti Rəsi mayın 19-da İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib. Rəisi xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bəzi rəsmilərlə geri dönərkən helikopter qəzası keçirib. İranın istəyi ilə Türkiyə axtarış-xilasetmə işləri üçün Akıncı pilotsuz uçuş aparatını (PUA) təyin edib. Akıncı PUA-nın aşkar etdiyi helikopter qalıqlarının koordinatları İran rəsmiləri ilə paylaşılıb. İran qrupları müəyyən edilmiş nöqtəyə gəlib və qəzada sağ qalanların olmadığını müəyyən ediblər.

Liderin vəfat etdiyi təsdiqləndikdən sonra müvəqqəti prezident vəzifəsinə birinci müavini Məhəmməd Muhbir təyin edilib. İran Konstitusiyasına görə ən çox 50 gün ərzində keçirilməli olan prezident seçkilərinin iyunun 28-də keçiriləcəyi açıqlanıb. İranda prezidentlər Konstitusiya Keşikçiləri Şurasının təsdiq etdiyi namizədlər arasından xalq tərəfindən seçilir.

 

Milli Hidrometeorologiya Xidməti əhaliyə xəbərdarlıq etdi

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tutulan şəxsin şok əməlləri üzə çıxdı
Güclü yanğın: Ölən var
Donuz əti buna görə haram imiş - AÇIQLAMA

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ