Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110002
az

Ərdoğan yol qəzasında ölənlərlə bağlı başsağlığı verdi

09:3427 May, 2024
73
DÜNYA
  • A

Türkiyənin Tarsus-Adana-Qaziantep (TAG) magistralının Mersin vilayətindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 39-a yüksəlib.

OXU24.COM  xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazir sosial media hesabında verdiyi açıqlamada qəzanın Diyarbakırdan İstanbul istiqamətində hərəkət edən sərnişin avtobusunun qarşıdan gələn iki avtomobil və bir qoşqulu yük maşını ilə toqquşması nəticəsində baş verdiyini bildirib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç hadisə ilə bağlı Tarsus Respublika Prokurorluğunda başladılan tədqiqata üç prokurorun təyin edildiyini bildirib.

Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə rəsmiləri hadisə zamanı həyatını itirənlərin ailələrinə başsağlığı veriblər. Ölkə başçısı aidiyyəti orqanların qəza ilə bağlı dərhal lazımi araşdırmalara başladıqlarını qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Eyfel qülləsi müvəqqəti bağlandı
Türkiyədə zəlzələ oldu
Ərdoğan “Yaprak Dökümü”ndəki məşhur replika ilə müxalifəti TƏNQİD ETDİ

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu