Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109997
az

Alimlərdən həyəcan təbili: Yer kürəsinin çayları zəhərli metallardan "paslanır"

09:2427 May, 2024
87
DÜNYA
  • A

Alimlər Kolorado ştatının (ABŞ) dağ çaylarında son 40 ildə suyun tərkibinə dair məlumatları təhlil ediblər.

OXU24.COM  xəbər verir ki, nəticələr mis, sink və sulfat konsentrasiyalarının son üç onillikdə faktiki olaraq iki dəfə artdığını göstərib. Tədqiqatın müəllifləri hesab edirlər ki, bunun səbəbi iqlimin istiləşməsidir.

Arktika çaylarında da zəhərli ağır metalların artması narahatlıq doğurur. Komanda bu fenomenin əslində düşündüyümüzdən daha geniş yayıla biləcəyini düşünür.

Komanda And dağlarından Avropanın Alp dağlarına qədər son onilliklərdə dağ çaylarında ağır metalların artmasını müşahidə edib. Bununla belə, elm adamları bu fenomenin səbəbinin hələ də aydın olmadığını etiraf ediblər. Ehtimal olunub ki, buna səbəb yeraltı buzların əriməsi olub, bu da yeraltı suların daha çox süxurlara təsir etməsi və onların tərkibində olan metalları suya buraxılması ilə nəticələnib.

Tədqiqatın müəllifləri onu da qeyd ediblər ki, planetimiz istiləşməyə davam etdikcə, iqlim dəyişikliyi və çaylarda zəhərli metallar problemi daha da pisləşəcək və bütün dünyada daha çox ərazilərə təsir edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtaliya sahillərində gizli ada peyda oldu
"Vodka" və konyak BAHALAŞACAQ

Tramp yeni kripto yaradır

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
171 vətəndaşın 217 min manatını ələ keçirən şirkət rəhbərlərinin    məhkəməsi           başladı