Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109986
az

Makron nədən narahatdır?

21:2626 May, 2024
133
DÜNYA
  • A

Fransa prezidenti Emmanuel Makron deyir ki, Avropanın çoxlu sayda düşməni var.

 

Oxu24.com xəbər  verir  ki, onun sözlərini TASS sitat gətirir.

 

Berlində Almaniya konstitusiyasının 75-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Fransa lideri vurğulayıb ki, Avropanın indiki kimi “heç vaxt bu qədər xarici və daxili düşmənləri olmayıb”.

 

Makron əmindir ki, Avropa hazırda mövcudluğunun asılı olduğu anı yaşayır. O, "həqiqətən də ölə bilər",- deyə siyasətçi bildirib.

 

Onun sözlərinə görə, Avropa üçün çətin məqam Ukrayna münaqişəsi ilə bağlıdır. Digər problem iqtisadiyyatın dekarbonlaşdırılmasıdır ki, bu da iqtisadi artıma və sənayeləşməyə zərər vermədən həyata keçirilməlidir.

 

Fransa prezidenti bəyan edib ki, Avropada demokratiya “bir növ böhran içərisindədir” və buna “millətçiliyin yüksəlişi” səbəb olur.

 

Bundan əvvəl Makron Avropanın özünü müdafiə etmək üçün kifayət qədər vasitələri olmadığı üçün hərbi və geosiyasi baxımdan təhlükədə olduğunu demişdi.

 

O qeyd edib ki, “ruslar çox uzağa getsələr” Avropa Rusiyanı cilovlamaq üçün hərəkətə keçməli olacaq.

 

Bundan əvvəl Makron Avropanın gələcəyini Çinlə əlaqələrin inkişafı ilə əlaqələndirirdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Rusiyanın eskalasiyaya necə cavab verəcəyini AÇIQLADI
Peskov ELAN ETDİ: "30 dəqiqə əvvəl ABŞ-ı xəbərdar etdik"
Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış -TƏHLİL

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu