Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109971
az

Rəisinin yerinə gəlmək istəyən namizəd kimdir? -  Vaxti ilə Rəisiyə veto qoyubmuş

17:1826 May, 2024
380
DÜNYA
  • A

Pezeşkian İranda prezident seçkilərində namizədliyini açıqlayan ilk şəxs olub

 

İranın islahatçı qanadının aparıcı simalarından biri, daha əvvəl namizədliyinə Konstitusiya Keşikçiləri Şurası tərəfindən veto qoyulmuş keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan iyunun 28-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. .

 

Oxu24.com xəbər verir  ki,İranın yarı rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, Pezeşkian prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayan ilk şəxs olub.

 

İslahatçı qanadın aparıcı simalarından olan Təbriz millət vəkili Pezeşkiyan prezident İbrahim Rəisinin vəfatından sonra iyunun 28-də keçirilməsinə qərar verilən 14-cü prezident seçkilərində iştirak etməyə hazır olduğunu bəyan edib.

 

Pezeşkiyan namizədlik üçün müraciət məqsədi ilə bağlı aşağıdakı açıqlamaları verib:

 

"İranla bağlı milli və beynəlxalq səviyyədə belə bir təəssürat yaranıb ki, insanlar səsvermədən narazıdır. Mənim seçkilərdə iştirak etmək niyyətim xalqın seçkilərdə iştirakını artırmaqdır".

 

Keçmiş prezident Məhəmməd Hatəminin dövründə səhiyyə naziri vəzifəsində çalışmış Pezeşkian 2021-ci il prezident seçkilərində Konstitusiya Keşikçiləri Şurası tərəfindən  helikopter qəzasında həlak olan prezident İbrahim Rəisiyə veto qoymuşdu.

 

Rəisinin ölümündən sonra alınan qərarla seçkilər iyunun 28-də keçiriləcək.

 

Liderin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra Konstitusiyaya əsasən, birinci vitse-prezident Məhəmməd Muhbir İran lideri Ayətullah Əli Xameneinin təsdiqi ilə vəkil vasitəsilə prezident səlahiyyətlərinin icrasına başlayıb.

 

İran Konstitusiyasına görə, hazırkı prezidentin vəfat etdiyi halda parlamentin sədri, məhkəmə hakimiyyətinin başçısı və birinci vitse-prezidentdən ibarət idarə heyəti ən çox 50 gün ərzində yeni prezidentin seçilməsi üçün lazımi tədbirlər görməlidir. 

 

Bununla bağlı mayın 20-də qanunvericilik, icra və məhkəmə hakimiyyəti başçıları arasında keçirilən növbədənkənar müşavirədə prezident seçkilərinin iyunun 28-də keçirilməsi qərara alınıb.

 

Seçkilərdə namizəd olmaq istəyənlər mayın 30-dan başlayaraq 5 gün müddətində Daxili İşlər Nazirliyinə müraciət edəcəklər.

 

İranda prezidentlər Konstitusiya Keşikçiləri Şurasının təsdiq etdiyi namizədlər arasından xalq tərəfindən seçilir.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanda tərəflər baş-başa gəldi: Zurabişvili prokurorun çağırışına getmədi
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başladı - VİDEO
Fransızlar Makronu bəyənmir - Reytinqi şok həddə düşdü

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi