Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109963
az

Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində yüzlərlə insan həlak olub

15:3026 May, 2024
143
  • A

Papua Yeni Qvineyanın şimalında baş verən sürüşmə 670-dən çox insanın həyatına son qoya bilər.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatlarına istinadən Associated Press xəbər agentliyi məlumat yayıb.

 

Beynəlxalq Miqrasiya Təşkilatının ölkədəki missiyasının rəhbəri Serhan Aktoprak bildirib ki,  hazırda 670-dən çox insanın yerin altında olduğu təxmin edilir.

 

Məlumatda  qeyd olunur ki, dövlət rəhbərliyi hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlavə yardıma ehtiyac olub-olmaması barədə düşünür.

 

Bu, beynəlxalq ictimaiyyətdən rəsmi dəstək tələbidir.

 

Mayın 23-də Papua-Yeni Qvineyanın şimalında yerləşən Kaokalam kəndində torpaq sürüşməsi baş verib. Qəsəbə ölkənin paytaxtı Port Moresbidən 600 km aralıda yerləşir.

 

Britaniyanın “The Guardian” qəzetinin yazdığı kimi, nəticədə 1000-dən çox yaşayış binası dağıntılar altında qalıb. Baş nazir Ceyms Marape vəziyyəti şərh edərək, təbii fəlakətdən zərər çəkmiş vətəndaşların ailələrinə başsağlığı verib.

 

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Uzak Şehir"dəki Fidanın real həyatdakı görkəmi heyrətə gətirdi - FOTO
Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı