Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109947
az

Gürcüstan prezidenti dövlətə xəyanətdə ittiham olunub

12:1126 May, 2024
103
DÜNYA
  • A

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib.

 

Oxu24.com  xəbər verir ki, o, bunu Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

 

“Xalqın və onun seçdiyi hökumətin birliyi və mənalı addımları bizə son iki ildə ekzistensial təhdidlərə və müxtəlif xəyanətlərə, o cümlədən prezidentə xəyanətə baxmayaraq, ölkədə sülhü qorumaq imkanı verdi”, - Kobaxidze bildirib.

 

Onun sözlərinə görə, Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır.

 

Öz növbəsində, Gürcüstan prezidenti hərbçilər və ölkə rəhbərliyinin nümayəndələri qarşısında çıxış edərək hakimiyyətin hərəkətlərini tənqid edib. O, bir daha təkrar etdi ki, oktyabrda keçiriləcək parlament seçkiləri ölkənin kursunu müəyyən edəcək - rusiyapərəst və ya avropalı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aktauda qəzadan sağ çıxanlardan biriməşhur alimin qızı imiş - FOTO
Pilot təyyarəni niyə dənizə endirməyib?- AÇIQLAMA
Serbiyada etiraz       aksiyası       keçirilir

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı