Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109943
az

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

11:4626 May, 2024
82
SİYASƏT
  • A

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb.

Oxu24.com  xəbər verir, təbrikdə deyilir:

“Hörmətli cənab Baş nazir,

Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan-Gürcüstan əlaqələri əsrlər boyu mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamış dost xalqlarımızın sarsılmaz iradəsindən və məramından qaynaqlanır. Dövlətlərarası münasibətlərimizin bu gün yeni vüsət alması, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz nəqliyyat, enerji və digər infrastruktur layihələri xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, daha geniş regionda – Avrasiya məkanında önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar açır.

Əminəm ki, xalqlarımızın rifahı, bölgəmizin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün sahələrdə genişləndirilməsi, birgə təşəbbüslərimizin reallaşdırılması, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan lideri İranın yeni seçilmiş Prezidentini təbrik edib
Görüş iki saat yarımdan çox çəkdi: Putinlə Orban nələri müzakirə ediblər?
Prezident Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul etdi

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat