Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109939
az

ABŞ ordusu Gürcüstanın Müstəqillik Günü paradında iştirak etmir

11:2326 May, 2024
63
DÜNYA
  • A

Bir neçə ildən sonra ilk dəfədir ki, amerikalı hərbçilər Gürcüstanın Müstəqillik Günü paradında iştirak etmirlər.

 

Oxu24.com xəbər verir  ki,bu barədə TASS məlumat yayıb.

 

Parad Tbilisidə Azadlıq meydanında keçirilir. Tədbir yerli telekanallar tərəfindən yayımlanacaq.

 

Ötən illərdə ABŞ hərbi birləşmələrindən biri paradda Gürcüstan hərbi birləşmələrinin nümayəndələri ilə birlikdə yürüş edib və yeni çağırışçıların andiçmə mərasimində iştirak edib.

 

Qeyd olunur ki, bu il paradda yalnız gürcü bölmələri iştirak edib.

 

Mayın 24-də Gürcüstan parlamentinin Prosessual Məsələlər və Qaydalar Komitəsinin sədri İrakli Kadagişvili bildirib ki, ölkə hakimiyyəti Qərb tərəfdaşlarının təzyiq və şantajına məruz qalır.

 

Bundan az əvvəl məlum olmuşdu ki, Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar ABŞ Tbilisi ilə münasibətlərə yenidən baxacaq və onu dəstəkləyən məmurlara qarşı viza məhdudiyyəti tətbiq edəcək.

 

 

Bundan əvvəl Gürcüstanın baş naziri bildirib ki, Avropa komissarı ona Fikonun taleyinin təkrarlanacağına eyham vurub.

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyənin dünya ixracatındakı yeri rekord qırdı
İranın yeni prezidenti o oldu
İranda ilk dəfə səslərin sayılması CANLI yayımlanır

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat