Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109920
az

DİQQƏT! DİN vətəndaşlara müraciət edib

00:0526 May, 2024
363
REDAKTORUN SEÇİMİ
  • A

Kibercinayətkarlar “O" hərfini böyük hərf, kiçik hərf və ya "0" rəqəmi, “I”-dan “i”, yaxud əksinə geniş istifadə edirlər.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.

 

Onun sözlərinə görə, bu, ilk baxışdan da anlaşılmır, real URL-dən fərqləndirməyi çətinləşdirir: “Bunlar fişinq mesajlarda, saxta cəlbedici endirim kampaniyalarının keçid linklərində müşahidə olunur.

 

Fişinq e-poçtlarına və mesajlarına daxil edilən URL-lər sizdən həddən artıq əlavə şəxsi məlumat daxil etməyi xahiş edir.

 

Şəxsi məlumatlarınızı daxil etməyinizi tələb edən pəncərə görünür və arxa fon şəkli real saytla eyni görünür. Aldanmayın!”.

 

TƏCİLİ! Bu banklar ləğv edildi

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü yanğın: Yaralı var
Taleh Kərimov qəfil vəfat edib
Gürcüstan niyə matəm elan etdi?