Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10992
az

Bu qida məhsullarının tərkibində palma yağı var

20:2316 Mart, 2019
738
CƏMİYYƏT
  • A
Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri artıq palma yağı ilə qida məhsulları istehsal edən sənaye sahəsini alkoqol və tütün sənayesi ilə bir cərgəyə qoymaq niyyətindədir. Təşkilat insanların sağlamlığı üçün tütün və içki qədər təhlükəli olmağa başlayan palma yağları məsələsi barədə yeni məruzə hazırlayır.

 Oxu24.com-un xəbərinə görə, ÜST hesab edir ki, palma yağı istehsalı da ətraf mühitə mənfi təsir edir.

ÜST siyasətçi və həkimlərə tövsiyyə edir ki, palma yağına münasibətə yenidən baxsınlar və insanların səhhətinə bu yağın neqativ təsirini azaltmaq barədə tədbirlər görsünlər.

Medicina.az BBC-ə istinadən tərkibində palma yağı olan 16 ərzaq məhsulunun siyahısını təqdim edir.

1. Pendir çeşidləri - tərkibindəki süd yağları palma yağı ilə əvəz olunub

2. Bir çox növ kəsmik və kəsmikli məhsulları - süd yağları palma yağı ilə əvəz olunub

3. Marqarin yağı

4. Dondurma - tərkibindəki təbii süd yağı palma ilə əvəz olunub

5. Vaflilər - palma yağı vafli arasındakı içlikdədir

6. Qənnadı qlazur - pirojna, tortların üzərinə çəkilir

7. Konfet və şokoladların içlikləri

8. Un məmulatları, çörəklərin xəmirində palma yağı istifadə olunur

9. Peçenye

10. Kartof-fri və früterdə hazırlanmış istənilən qidalar - palma yağının qızmaya yüksək dözümü var, daha uzun müddət istifadə etmək olur

11. İdman batonları - idmançılar üçün xüsusi şirniyyatlar

12. Tez hazırlanan lapşa

13. Quru səhər yeməkləri

14. Dondurulmuş xəmir və ondan hazırlanmış yarımfabrikatlar

15. Marqarində bişirilmiş, şirniyyat dükanlarında satılan 90% şirniyyatlar

16. Snekilər Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO