Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109903
az

BMT Beynəlxalq Ədalət Məhkəməsinin İsraillə bağlı qərarını məcburi hesab edib

21:4224 May, 2024
142
DÜNYA
  • A

Beynəlxalq Ədalət Məhkəməsinin İsraillə bağlı Rəfah əməliyyatını dayandırmaq qərarı məcburidir.

 

Oxu24.com  xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.

 

"Baş katib xatırladır ki, məhkəmənin Nizamnaməsinə və Əsasnaməsinə uyğun olaraq qərarlar məcburidir", - təşkilatın şərhində aydınlıq gətirilib.

 

Quterreş ümid etdiyini bildirib ki, tərəflər “qərarları layiqincə yerinə yetirəcəklər”.

 

BMT-nin mətbuat xidməti vurğulayıb ki, baş katib məhkəmənin təyin etdiyi müvəqqəti tədbirlər barədə bildirişi dərhal Təhlükəsizlik Şurasına göndərəcək.

 

Cümə günü, mayın 24-də məlum olub ki, Beynəlxalq Ədalət Məhkəməsi İsrail qoşunlarının Qəzza zolağının Rəfah şəhərində əməliyyatı dərhal dayandırması barədə qərar verib.

 

Məhkəmənin qərarını məhkəmənin sədri Nəvaf Salam elan edib və vurğulayıb ki, İsrail də humanitar yardımların ora axmasına imkan yaratmaq üçün quru keçidlərini, xüsusən də Rəfah keçidini açıq saxlamalıdır.

 

Bundan əvvəl ABŞ Dövlət Departamenti İsrailin Rəfah şəhərindəki əməliyyatının bölgədə anarxiyaya səbəb ola biləcəyini bildirmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Astronavtlar BKS-də nə yeyirlər? -Rusiya onlara yeni il hədiyyələri göndərdi
ABŞ 4 müttəfiqini HƏDƏLƏDİ: Netanyahunun həbsinə kömək edərlərsə...
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi