Şimali Atlantika Alyansı iyulda Vaşinqtonda keçiriləcək sammit zamanı Ukraynanı alyansa dəvət etmək niyyətində deyil.
Oxu24.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
“Biz Ukraynanın alyansa qoşulmağa dəvət ediləcəyini gözləmirik”, o, Amerika paytaxtında keçiriləcək NATO sammiti ilə bağlı planlar barədə danışarkən qeyd edib.
Eyni zamanda o qeyd edib ki, müttəfiqlər Kiyevə “əhəmiyyətli dəstək” nümayiş etdirməyi planlaşdırırlar.
Bir gün əvvəl Qərb Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya NATO silahları ilə hücumu zamanı Moskvanın cavabını xatırladıb.
Asia Times nəşri qeyd edir ki, belə bir addım döyüş meydanında ümumi mənzərəni dəyişdirə bilməyəcək, əksinə münaqişənin daha dağıdıcı müharibəyə çevrilməsi risklərini artıracaq.
Bundan əvvəl İspaniyanın “El Pais” qəzeti Ukraynanın müttəfiqlərini Rusiya ərazisindəki hədəflərə qarşı NATO silahlarından istifadə etməyə icazə verməyə razı salmaq üçün diplomatik səylər göstərdiyini yazmışdı.
Daha əvvəl ekspert hansı halda Macarıstanın NATO üzvlüyünü dayandıracağını bildirmişdi.
Nigar
ŞƏRHLƏR