Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109886
az

Rusiya Xarici İşlər Nazirliyi Yaponiya ilə nüvə silahı müqaviləsini ləğv edib

20:1324 May, 2024
87
DÜNYA
  • A

Rusiya Xarici İşlər Nazirliyi ixtisar edilməli olan nüvə silahlarının ləğvi sahəsində Yaponiya ilə hökumətlərarası sazişə xitam verildiyini elan edib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə hüquqi aktların rəsmi nəşri portalı məlumat yayıb.

 

“2024-cü il mayın 21-də Rusiya Federasiyası hökuməti ilə Yaponiya hökuməti arasında Rusiya Federasiyasında ixtisar edilməli olan nüvə silahlarının ləğvinə kömək etmək və bu məqsədlər üçün əməkdaşlıq komitəsinin yaradılması üzrə əməkdaşlıq haqqında saziş, 1993-cü il oktyabrın 13-də Tokioda imzalanmış müqaviləyə xitam verilib”, - sənəddə deyilir.

 

Müqavilə 1993-cü il oktyabrın 13-də Tokioda imzalanıb.

 

Nüvə silahlarının ləğvi sahəsində əməkdaşlıq komitəsinin yaradılmasının zəruriliyindən danışılıb.

 

Razılaşma çərçivəsində Tokio və Moskva nüvə silahlarının ləğvi ilə bağlı məlumat və tədqiqat nəticələri mübadiləsi aparıblar.

 

Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Asiya departamentinin direktoru Lyudmila Vorobyova bildirib ki, Rusiya Federasiyası Tokionun anti-Rusiya siyasətinə görə Yaponiya ilə münasibətlərin bərpası istiqamətində ilk addımı atmağı planlaşdırmır.

 

Diplomat qeyd edib ki, Yaponiya artıq Rusiya Federasiyasına qarşı 22-ci sanksiyalar paketini qəbul edib.

 

Rusiya Federasiyası Yaponiya konstitusiyanın müharibə əleyhinə maddəsini ləğv edərsə, əks tədbirlər görəcəyini vəd edib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada Saakaşvilinin keçmiş mühafizəçisinə    cinayət işi açıldı
"Ərdoğanın bu planı Rusiya üçün qəbuledilməzdir" -Kreml
Almaniya mini-Buğanı Ukraynaya köçürəcək

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır