İran prezidenti İbrahim Rəisini müşayiət edən nümayəndə heyəti Rusiya istehsalı olan helikopterlərdən istifadə edərək problemsiz gəlib.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Belarus danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.
“Müşayiət edənlər iki rus helikopterində uçdular. Rusiya istehsalı olan helikopterlər isə heç bir xüsusi çətinlik çəkmədən eyni şəraitdə, eyni dəhlizdə, əslində, heç bir problem olmadan uçurdular”, - deyə Rusiya rəhbəri bildirib.
Oxu24.com
ŞƏRHLƏR