Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109880
az

Rusiya orduusnda başlayan həbslərin pərdəarxası

20:0124 May, 2024
140
HƏRBİ
  • A

Müdafiə naziri Sergey Şoyqunun istefasından sonra başlayan yüksək rütbəli rus generallarının həbsi üçün indiyədək görünməmiş kampaniya Kremlin razılığı ilə həyata keçirilir. Bunun ən mühüm səbəbi isə xüsusi xidmət orqanlarının Ukraynadakı uğursuzluqların günahını ordunun üzərinə atmaq istəyidir.

 

Oxu24.com xəbər  verir  ki, Bu barədə “The Moscow Times”a iki Rusiya hökumət rəsmisi, Kremlə yaxın iki həmsöhbət və Müdafiə Nazirliyinə yaxın mənbə bildirib.


“Ciddi təmizləmə işləri gedir. FSB Şoyqunun komandasını təmizləyir. Bu gözlənilən prosesdir. Təhlükəsizlik qüvvələri [ölkə rəhbərliyinin] ən yuxarı hissəsindən icazə alıb”, - Kremlə yaxın mənbə bildirib.

 

“Təmizləmə başa çatana qədər hələ çox yol var. Bizi daha çox həbslər gözləyir”, o əlavə edib.

 

Korrupsiyanın təhqiqatına cavabdeh olan kəşfiyyatçılar hələ Şoyqunun ən yaxın və çoxdankı tərəfdaşlarından biri olan nazir müavini Timur İvanovun həbsi xəbərindən əvvəl Moskvanın Frunzenskaya sahilindəki Müdafiə Nazirliyinin bina kompleksində peyda olublar.

 

Müdafiə Nazirliyinə yaxın mənbənin sözlərinə görə, bu, aprelin sonunda, yəni Şoyqunun hələ nazir olduğu, lakin artıq nüfuzunu itirdiyi vaxt baş verib.

 

“İndi orada [Müdafiə Nazirliyinin binasında] hərbçilərdən daha çox təhlükəsizlik zabitləri var, mənə elə gəlir ki,” The Moscow Times qəzetinin həmsöhbəti deyir.

 

Şoyqunun işdən çıxarılmasından sonra beş yüksək rütbəli zabit korrupsiya ilə bağlı cinayət ittihamı ilə həbs edilib.

 

Bu, potensial olaraq müasir tarixdə "ən böyük təmizləmələrdən" biri ola bilər və proses getdikcə daha da sürətlənir, Rusiya hökumət rəsmisi The Moscow Times-a bildirib.

 

Nazirlər Kabinetinin digər rəsmisinin sözlərinə görə, Müdafiə Nazirliyində korrupsiya sxemləri ilə bağlı həmişə “toplu materiallar” olub və cinayət işləri açılıb. Mənbə The Moscow Times-a deyir: "Lakin Şoyqu nazir olarkən və böyük təsirə malik olsa da, müstəntiqlərə onlara imkan verilmədi".

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Birləşmiş Ştatlar Avangardın qarşısını almaq ehtimalını qiymətləndirdi
Ukrayna yeni tanklar və hava hücumundan müdafiə vasitələri aldı
ABŞ PKK-ya silah ötürür

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı