Moskvada 15 il əvvəl 11 yaşlı qızın zorlanması ilə bağlı yerli sakin saxlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, şübhəli şəxs 2009-cu ilin iyul ayından oktyabr ayına kimi paytaxtın Memar Vlasov küçəsindəki yaşayış binalarından birində, habelə digər ünvanlarda olan mənzildə olarkən 11 yaşlı qadına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
İdarədən qeyd edilib ki, cinayət işi üzrə bir sıra məhkəmə-tibbi ekspertizaları təyin edilib, yaşayış yeri üzrə axtarış aparılıb, axtarış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən texniki avadanlıq götürülüb.
İstintaq həmin şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verəcək.
Bundan əvvəl bildirilmişdi ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqun Pulkovo hava limanında kinoteatrın tualetində 6-cı sinif şagirdini zorlayan pedofili saxlayıblar.
Nigar
Oxu24.com
ŞƏRHLƏR