Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109852
az

Səhiyyə Nazirliyindən elektron reseptlərlə bağlı MÜRACİƏT

16:0724 May, 2024
126
CƏMİYYƏT
  • A

Səhiyyə Nazirliyi elektron reseptlərlə bağlı vətəndaşlara müraciə edib.

Oxu24.com xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 s saylı Sərəncamına əsasən, ölkədə səhiyyə sahəsində rəqəmsallaşdırma çərçivəsində önəmli addımlardan olan Elektron Resept Platforması Səhiyyə Nazirliyi tərəfindən 1 may 2024-cü il tarixindən etibarən istifadəyə verilib.

Kağız blanklar üzərində əl ilə yazılan reseptlərdən fərqli olaraq, elektron reseptin itirilməsi, zədələnməsi mümkün deyil. Elektron reseptlərdə yalnız Dövlət Qeydiyyatından keçən və qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənən dərman preparatlarının təyini edilməsi və apteklər tərəfindən satışı nəzərdə tutulur. Bu da, öz növbəsində, əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, eyni zamanda şəffaf qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir.

Vətəndaşları öz istehlakçı hüquqlarının qorunması naminə, reseptlərinin təyin və təmin olunması zamanı ilə bağlı bu prosesləri “Elektron resept” tətbiqi vasitəsilə aparılması üçün təşəbbüs göstərməyə və buna əməl etmələri üçün həm təyin edən tibb işçiləri, həm də əczaçılardan tələb etməyə çağırırıq.

Buna əməl edilmədiyi təqdirdə, vətəndaşları Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”)) əlaqə saxlamağı tövsiyə edirik".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkdar artist: "Efirdə bayağı mahnı oxuyanlar cəzalanmalıdır"
Abşeronda körpə ürək çatışmazlığından öldü
Ən xoşbəxt insanlar həftə sonlarını necə keçirirlər?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO