Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109850
az

Deputat: “Deyir ki, “Anar getsin, evində ölsün”

16:0024 May, 2024
125
SİYASƏT
  • A

“Azərbaycanda ağsaqqal anlayışı önəmlidir”.

Oxu24.com xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. 

O, qocaman deputatların yenidən namizəd olmasına etiraz edənlərə cavab verib: “Bu, səhv fikirdir. Dünyanın hər yerində, elə qardaş Türkiyənin özünü götürək, yaşlı insanlara üstünlük verildiyini görərik.

Bunu mən deyə bilərəm, çünki hələ 60 yaşım yoxdur. Deyə bilməyəcəklər ki, özünü müdafiə edir. İnsan yaşlananda ağlı qaçmır ki, əksinə, daha da müdrikləşir. Azərbaycanda ağsaqqal anlayışı önəmlidir. Bu yaxınlarda Anarın heç bir kitabını oxumayan birisi deyir ki, “Anar getsin, evində ölsün”. Sənin valideynin barədə bir başqası belə desə, xoşuna gələr? Dünən ortaya çıxan, bir sətir yaza bilməyən, mübtəda ilə xəbərin yerini itirən adamlar Azərbaycanın məşhur bəstəkarlarına, rəssamlarına, alimlərinə yaş iradı tutur. Onlar bu yaşa qədər enişli-yoxuşlu yollar keçiblər, çalışıblar.

Ona görə də insanları yaşa görə dəyərləndirmək düzgün deyil. Parlamentdə 70-75 yaşlı elə deputatlar var ki, oradakı gənc həmkarlarından qat-qat səmərəli fəaliyyət göstərir, həm dövlətə, həm seçicilərə, həm də Milli Məclisə xidmət edirlər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayramov Berbokla görüşdü- Fotolar
COP29  bəyanat  yaydı
“ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib”

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi