Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109834
az

Laçına 12 mindən çox insanın köçürülməsi nəzərdə tutulur

14:1424 May, 2024
119
QARABAĞ
  • A

2026-cı ilin sonuna kimi 12 mindən çox insanı Laçına qaytarmaq niyyətindəyik.

Oxu24.com "Report"a istinadən xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə COP29-la əlaqədar təqdimat mərasimində çıxışı zamanı deyib.

"2022-ci ilin sentyabrından Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Biz fəxr edirik ki, işğal zamanı xarabalığa çevrilmiş Laçın Azərbaycanın gözəl guşələrindən birinə çevrilib. Bir il əvvəl ilk keçmiş məcburi köçkünlər vətənə qayıtdılar. Onları şəxsən cənab Prezident İlham Əliyev qarşıladı və yeni evlərinin açarlarını təqdim etdi. Artıq 730 ailə, 2766 nəfərdən çox insan Laçın rayonuna qayıdıb. Qısa müddətdə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurularaq azərbaycanlı keçmiş məcburi köçkünlərin ixtiyarına verildi. Burada insanların rahat yaşaması üçün hər cür şərait yaradılıb", - deyə o qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayram günlərində azad olunan ərazilərə səfər etmək istəyənlərin nəzərinə! -VİDEO
Xankəndidə bayram bayrama qarışdı -FOTO
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ