Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109827
az

Razi Nurullayev: “Mehriban Əliyeva bir dəyərdir, bir ikonadır”

12:5424 May, 2024
151
SİYASƏT
  • A

“Bu çıxışımı əziz və hörmətli Mehriban xanım Əliyevaya həsr etmək istəyirəm. Baxışım budur ki, nələr olursa olsun, kim nələr düşünür, nələr deyirsə desin, amma yaxşılıqlar deyilməlidir və gərək heç kim ürəyindən keçənləri deməyə qorxmasın”. 

Oxu24.com xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. R.Nurullayev əlavə edib: 

“Mehriban Əliyevanın mərhəməti, əliaçıqlığı, böyük ürəyi, sadə insanlara olan sevgisi haqqında danışanda bəziləri deyirlərki, mənim də imkanım, səlahiyyətim olsaydı, mərhəmətli olardım, mən də paylaşardım. Bu mövqeni qətiyyətlə yaxın buraxmıram. On minlərlə imkanlı, səlahiyyətli, astronomik qazanclı insanlar var, amma paylaşmağı bacarmırlar. 

Paylaşmaq üçün ürək lazımdır. Çox böyük ürək. O ürək Mehriban xanımda var. O zərif xanımda dağ boyda ürək var. Biz, xalq, hər kəs- bütün Azərbaycan buna hər gün şahidlik edir. İndi məni söyəcəklər ki, sən müxalifət ola-ola niyə Mehriban xanımın mərhəmətindən danışırsan? Nə edim,  ürəyimdən keçənləri deməyim? Ürəkdə bir, üzdə ayrı danışım, ikiüzlülükmü edim? Əyər siyasət ikiüzlülkdürsə, yalan danışmaqdırsa, hər gözəl halı inkar etməkdirsə, min dona girməkdirsə, belə siyasəti qəbul etmirəm.

Mehriban Əliyeva hər şeydən əvvəl Azərbaycan xanımıdır. Bəzən biz düşüncələrimizi içimizdə gizlədirik ki, ətraf nə deyər? Nə deyirlərsə desinlər, mən düşüncələrimi içimdə boğmaqdansa, deməliyəm. Mehriban xanım bir dəyərdir, bir ikonadır. Bu gün sevinmək lazımdır ki, Azərbaycan xanımları Mehriban xanıma bənzəmək istəyirlər. Əvvəllər istəyirdilər ki, Hollivud ulduzlarına bənzəsinlər, dünyanın ən məşhur ikonaları kimi geyinib hərəkət etsinlər.

İndi isə Mehriban xanım xeyirxah əməlləri, stili və dünyagörüşləri ilə özü bir dünya ikonasına çevrilib. Nəinki Azərbaycan xanımları, həm də dünyada ona oxşamaq istəyənlər var”.

R.Nurullayev sonda onu da əlavə edib ki, bu sözləri dilə gətirə bildiyi üçün çox şaddır:

“Kim nə düşünürsə düşünsün, fikir ayrılığı, siyasət fərqliliyi, ideoloji ayrılıqlar da ola bilər. Amma heç nə insanı dürüst olmaqdan və həqiqətləri söyləməkdən çəkindirməməlidir”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Əsədlə görüşəcək
Azərbaycan XİN ABŞ səfirliyinə cavab verib
Zakir Həsənov türkiyəli generalla görüşdü- VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi