Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109821
az

Son 4 ayda nə qədər pensiya, müavinət və təqaüd təyin olunub?

12:1424 May, 2024
4268
İQTİSADİYYAT
  • A

Cari ilin 4 ayında 65 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib.

Onlardan 15 mini pensiya, 50 mini müavinət və təqaüd təyinatları olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət mülkiyyətinə vurulmuş ziyanın ödənişi 3 dəfə artıb
Qızıl bahalaşdı, gümüş isə ucuzlaşdı
Bu işçilərin mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği müəyyənləşdi