Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109819
az

\"Oyun bitdi\" - Hikmət Hacıyev

12:0024 May, 2024
142
  • A

Biz indi gələcək haqqında danışırıq, oyun bitdi. Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb.

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmək, habelə məcburi köçkün və qaçqınların hüquqlarını müdafiə etmək kimi suveren hüququnu təmin edib.

Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Laçında COP29-la əlaqədar təqdimat mərasimində çıxışı zamanı deyib.

O xatırladıb ki, Azərbaycanın xarici işlər nazirinin sözçüsü olduğu əvvəlki həyatında Azərbaycanın Laçın rayonunun işğalının 26-cı ildönümündə Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilib.

"Həmin bəyanatda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, azərbaycanlı məcburi köçkünlərin, o cümlədən Laçın rayonundan olan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının təmin edilməsi və münaqişənin ağır nəticələrinin aradan qaldırılması əsas məqsəd kimi qeyd edilirdi.

Azərbaycan münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin intensivləşdirilməsini dəstəkləməklə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək, vətəndaşların pozulmuş hüquqlarını müdafiə etmək prinsiplərini müdafiə edirdi. İndi biz gələcək haqqında danışırıq, oyun bitdi.

Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmək, habelə məcburi köçkün və qaçqınların hüquqlarını müdafiə etmək kimi suveren hüququnu təmin edib. Ancaq bu dağıntıları görəndə bizdə kədər hissi oyadır", - H.Hacıyev qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev kubalı həmkarını      təbrik    etdi
Prezident təbrik     məktubu      göndərdi
“Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdanların sayı artacaq” -Azərbaycan lideri

Yeni ilə dəqiqələr qalmış niyə 12    üzüm     yedilər?

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
46 yaşlı qadın dəm   qazından    boğuldu