Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109817
az

Yaponiya Baş naziri COP29-a dəvət olundu

11:4724 May, 2024
114
SİYASƏT
  • A

Yaponiyanın Baş naziri Fumio Kişida BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in xarici işlər nazirinin müavini Elnur Məmmədovun Yaponiyaya səfəri barədə yaydığı məlumatda qeyd olunub.

“Nazir müavini Elnur Məmmədov görüşlər zamanı Yaponiya tərəfinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari ilin 12-13 noyabr tarixlərində COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak ilə bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib”, məlumatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Azərbaycan xalqına böyük faciə üz verib”
Prezident İlham Əliyev: Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var
Qəzanın araşdırılması ilə bağlı komissiya yaradılır- Sərəncam

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı