Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109811
az

Rusiyanın Ukraynadakı itkiləri yarım milyona çatır

11:0724 May, 2024
79
DÜNYA
  • A

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1240 hərbçisini itirib.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 498 940 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 13 tank, 27 zirehli döyüş maşını, 42 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Stoltenberqin optimist bəyanatı
Lukaşenko ölkədə fəlakətə normal reaksiya verilməməsini tənqid edib