Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1098
az

“Şou-biznesdə “salam” vermək problemi var” – Aygün Kazımova söz atdı

15:5926 Aprel, 2018
1508
ŞOU-BİZNES
  • A
 
Xəbər verdiyimiz kimi, ötən gün xalq artisti Mübariz Tağıyevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev adına Sarayda konsert təşkil olunub.

Tədbirdə şou-biznesin sevilən simaları səbəbkarın repertuarında olan mahnıları səsləndiriblər.

Gecədə səhnəyə çıxan tanınmışlar sırasanda xalq artisti Aygün Kazımova da olub.

Sevilən ifaçı musiqisi Mübariz Tağıyevə, sözləri Baba Vəziroğluna aid olan “Salam-aleykum” mahnısını ifa etməzdən öncə “Bu aralar şou-biznesdə “salam” vermək problemi var. Bu da lap yerinə düşdü” sözlərini deyib.

Pop diva həmçinin Mübariz Tağıyevin ona çox kömək olduğunu da bildirib:

“Mübariz müəllim, mənə həmişə dəstək olmusuz. Buna görə də sizə minnətdaram. Mən sənətə gələn zamanlarda Dövlət Televiziyasında çox məhdudiyyətlər vardı. Sizin dəstəyiniz başqa idi. İndi də həmin dəstəyi hiss edirəm”.

  
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO
Könül Xasıyeva əməliyyat olundu -FOTO

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi