Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109783
az

Netanyahu nəyə nail olmaq istəyir? - Hansı planı var?

22:1423 May, 2024
146
DÜNYA
  • A

Avropanın 3 dövlətinin Fələstinin müstəqilliyini tanımasının İsrail hökumətinin Qəzzada müharibə qərarına təsir edəcəyini söyləmək çətindir. 1980-ci illərin sonlarından Fələstinin müstəqilliyini 140-dan çox dövlət tanıyıb, ancaq bu tanınma Təl-Əvivin siyasətini dəyişdirməyib.

OXU24.COM xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Norveç, İrlandiya və İspaniyanın 28 mayda Fələstinin müstəqilliyini tanıyacaqları barədə bəyanatlarını şərh edərkən deyib.

"İsraiin Baş naziri Benyamin Netanyahu xarici təzyiqdən çəkinmir, ona əsas təzyiq ölkənin içindəndir. İsrailin müdafiə naziri Yoav Qallant Benyamin Netanyahu ilə fikir ayrılığı içərisindədir. Müdafiə naziri baş naziri Qəzza ilə bağlı gələcək planının olmamasında ittiham edib. Müdafiə nazirinin məntiqi anlaşılandır. Benyamin Netanyahunun konkret planı yoxdur. Tutaq ki, Qəzza tam nəzarətə götürüldü, bəs sonra, fələstinlilər harda yaşayacaqlar, təhlükəsizlik məsələləri necə həll olunacaq? Məsələ burasındadır ki, İsrail ordusu əbədi olaraq Qəzzada qala bilməz, bu, həm böyük maliyyə, həm də İsrailə daimi təzyiq deməkdir".

Ekspertin sözlərinə görə, Qəzzanın gələcəyi ilə bağlı iki təklif mövcuddur:

"Birinci təklif bundan ibarətdir ki, Qəzza HƏMAS-ın rəqibi - Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin idarəetməsinə verilsin. Təl-Əviv bu təklifə o şərtlə razılaşa bilər ki, Fələstin Azadlıq Təşkilatı Qəzzada HƏMAS-ın varlığına imkan verməsin. Ancaq bu təminatı kimsə vermək iqtidarında deyil. Vaxtilə HƏMAS silah yoluyla Fələstin Azadlıq Təşkilatını Qəzzadan uzaqlaşdırmağa müvəffəq olub. HƏMAS bunu yenə təkrarlaya bilər. İkinci təklifi Ərəb Liqası irəli sürüb və bu təklifə görə, Qəzzada BMT bayrağı altında sülhməramlı qüvvələr yerləşdirilməlidir. Ancaq bu təklifin də mexanizmi tam bəlli deyil. Tutaq ki, BMT qüvvələri bölgədə yerləşdirildi, idarətmə kimin səlahiyyətində olacaq?

Beləliklə, Qəzzanın gələcəyi ilə bağlı suallar cavabsız qalıb. İsrailin yeganə alternativi məsələnin köklü həllinə razılaşmaq, Fələstinin müstəqilliyini tanımaqdır. Aydındır ki, qatı müfahizəkar siyasətçi olan Benyamin Netanyahu buna razılaşmayacaq. Ümid İsraili idarə edəcək gələcək liderlərədir. İsrail Fələstinin müstəqilliyini tanımadan təhlükəsizlik məsələlərini həll edə bilməyəcək və Təl-Əvivin müxtəlif dövlətlərlə münasibətləri normallaşmayacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail Əhmədi də öldürdü

Türkiyə və Almaniyanın dönər mübahisəsi: 6 ay vaxt verildi
Zelenski-Tramp görüşü: Müharibə hələ bitməyəcək... -YENİLƏNDİ

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO