Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109756
az

Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcək

18:3823 May, 2024
107
DÜNYA
  • A

Britaniya və müttəfiqləri Ukraynaya 150 milyon funt sterlinq (190,9 milyon dollar) dəyərində yeni hərbi yardım paketi göndərir.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə “Sun” qəzeti Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsa istinadən məlumat yayıb.


“Hava və dəniz müdafiəsini gücləndirmək üçün Ukraynaya 150 milyon funt sterlinqlik hərbi yardım paketi göndərilir”, - deyə məlumatda bildirilir.

 

Buraya ümumi dəyəri 70 milyon funt-sterlinq olan hava hücumundan müdafiə radarları, simulyasiya avadanlığı və elektron döyüş sistemləri daxil olacaq, Sun yazır.

 

Bundan əlavə, yardım paketinə 80 milyon funt sterlinq dəyərində kiçik qayıqlar, müşahidə aparatları və pilotsuz suüstü nəqliyyat vasitələri də daxil olacaq.

 

Qeyd olunur ki, vəsait London və müttəfiqlərinin mart ayına qədər təxminən 900 milyon funt sterlinq sərmayə qoyduğu Ukraynaya Beynəlxalq Yardım Fondundan ayrılacaq.

 

Fond Britaniyanı və onun Litva, Danimarka, İsveç, Norveç və Hollandiya kimi bir sıra tərəfdaşlarını birləşdirir.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Putinin üzrxahlığı niyə birmənalı qarşılanmır? -DETALLAR
Husilər ABŞ PUA-sını vurdular -FOTO
Türkiyədən ÜZÜCÜ XƏBƏR: çox sayda yaralı var

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır