Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109752
az

Ağ Ev Fələstinin üç Avropa ölkəsi tərəfindən tanınmasını yüksək qiymətləndirib

17:3823 May, 2024
102
DÜNYA
  • A

ABŞ prezidenti Co Baydenin administrasiyası Fələstinin İrlandiya, Norveç və İspaniya tərəfindən tanınmasını faydalı hesab etmir, lakin bunun niyə baş verdiyini anlayır.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə “Politico” mənbələrə istinadən yazır.

 

Materialda qeyd olunur ki, Vaşinqton üç Avropa ölkəsinə onların qərarının fayda gətirməyəcəyini açıq şəkildə bəyan edib, çünki ABŞ tanınmanın HƏMAS-ı gücləndirə biləcəyindən ehtiyat edir.

 

Amerika və İrlandiya rəsmilərinin nəşrə verdiyi məlumata görə, Fələstinin tanınması elanından bir qədər əvvəl avropalı siyasətçilər Bayden administrasiyası ilə danışıqlar aparıblar və bu danışıqlar zamanı heç bir müxalifətlə qarşılaşmayıblar.

 

Ağ Ev İrlandiya, Norveç və İspaniyanın Fələstini niyə tanımaq qərarına gəldiyini anladığını bildirib.

 

Eyni zamanda, “Politico” ABŞ Milli Təhlükəsizlik Şurasına istinadən Vaşinqtonun mövqeyini qeyd edir ki, Fələstinin tanınması birtərəfli tanınmalarla deyil, danışıqlar nəticəsində baş verməlidir.

 

Mayın 22-də Norveç hökuməti Fələstin Dövlətinin müstəqilliyini tanıdığını rəsmən elan edib. Qərar mayın 28-dən qüvvəyə minəcək. Norveçdən sonra Fələstinin müstəqilliyi İrlandiya və İspaniya tərəfindən tanındı.

 

Bundan əvvəl İsrailin Fələstini tanıyan Norveç, İrlandiya və İspaniyaya qarşı yeni tədbirlər hazırladığı məlum olub.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada ticarət mərkəzində partlayış- Ölən və yaralılar var
Brüs Uillisin qızı ərə gedir - FOTO
Paşinyandan ETİRAF: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi..."

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu