Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109746
az

Baş bankir və müavinlərinə nə qədər maaş verilib?

17:0023 May, 2024
160
İQTİSADİYYAT
  • A

2023-cü ildə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri, müavinləri və baş direktorlarına ümumilikdə 2 milyon 337 min manat həcmində ödəniş edilib.

Oxu24.com "iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla da 2022-ci ilə nisbətən Mərkəzi Bank rəhbərliyinə ödənişlər 8,4% və ya 215 min manat azalıb.

Belə ki, 2022-ci ildə AMB rəhbərliyi 2 milyon 552 min manat qazanmışdı. 

Mərkəzi Bank rəhbərliyinə ödənişlərin 1 milyon 930 min manatı sırf əməkhaqqı, 407 min manatı isə sosial fondlara ayırmalarla bağlı olub. 2022-ci ilə nisbətən Taleh Kazımov və komandasının əməkhaqqı 6,4%, sosial ödəmələri isə 16,7% azalıb. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov, sədrin I müavini Rəşad Orucov, sədrin müavini isə Əliyar Məmmədyarovdur.

Baş direktorlar Akşin Vəliyev, Ziya Əliyev, Vüqar Əhmədov, Əli Əhmədov, Toğrul Əliyev, Fərid Osmanov, Gülər Paşayeva, Şahin Mahmudzadə, Rəşad Məmmədov və Rəna Məlikovadır. Sonuncu 3 baş direktor 2024-cü ildə təyin edilib. Abdulla Məlik-Aslanov və Vüqar Əliyev isə Mərkəzi Bankın sədrinin müşavirləridir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident     Fərman      imzaladı
“Azeri Light” bu gün neçəyə satılır?
Rusiya Bankı dollar və yuanın məzənnəsini qaldırıb

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb