Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109738
az

Anar Bağırov: “Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq”

16:1023 May, 2024
60
HÜQUQ
  • A

“2023-cü ildə Türkiyənin Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələ baş qeydə alınanda Azərbaycan vəkillərinin hər biri birləşib qardaşlarımıza, Türkiyə Barolar Birliyinə var gücümüzlə dəstək verməyə çalışdıq. Çünki bu, bizim mənəvi borcumuz idi. Əgər biz bir-birimizə qardaş deyiriksə, təbii ki, bunu əməldə sübut etməliyik. İnanıram ki, bundan sonra da biz yaxşı və pis günlərdə də bir yerdə olacağıq”.

 

Oxu24.com xəbər  verir  ki, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə keçirilən Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşündə çıxışı zamanı deyib.

 

Sədr bildirib ki, bu gün vəkillik tarixində çox önəmli bir gündür: 

 

“Gələcəkdə bugünkü gün xoş bir gün kimi, yadda qalacaq, xatırlanacaq. Bu gün yaranan əməkdaşlıq, qarşılıqlı münasibət gələcək illərdə də güclənəcək. Əminəm ki, hazırda tarixə imza atırıq. Bu münasibətlə bütün həmkarlarımı ürəkdən təbirik edirəm. Türkiyə Barolar Birliyinin prezidenti dəyərli Erinç bəyə bir daha minnətdaram ki, bu görüşün gerçəkləşməsində önəmli səylər göstərdi. Arzu edirəm ki, bu toplantı növbəti illərdə də davam etsin, gələcəkdə belə bir təşkilat təsis olunsun. Bu təşkilatın ölkələrimizdə rəsmi ofisi, təmsilçiləri olsun. Vəkillər üçün təlimlərin, konfransların keçirilməsi, təcrübə mübadiləsinin aparılması və bir sıra məsələlərin müzakirə olunmasını istəyirəm. Hesab edirəm ki, Türk dünyasının vəkilləri də bunu arzulayır”. 

Anar Bağırov Türkiyə Barolar Birliyinin prezidenti Erinç Sağkanın yenidən Azərbaycana dəvət edib:

 

“Bilirəm ki, siz Azərbaycanı çox sevirsiz. Çox istərdim ki, sizi yenidən ölkəmizdə görək. Bildiyiniz kimi, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, çox önəmli bir hadisədir. Bu hadisə çərçivəsində Türk dünyası Vəkillər kollegiyalarının daha da yaxından iştirak etməyə dəvət edirəm. Düşünürəm ki, bundan sonra da keçirilən tədbirlərə bir-birimizi dəvət edək, daha sıx münasibətlər olsun. Bütün vəkillərə müraciət edərək bizim bu təşəbbüsü dəstəkləməyə çağırıram”.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Azərbaycan Polisi 106 yaşında

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO