Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109733
az

Məktəb və bağçalar üçün xərclənən vəsait açıqlandı

16:0723 May, 2024
99
İQTİSADİYYAT
  • A

2023-cü ildə məktəbəqədər təhsil üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində 38081 nəfər işçi ilə 105 000 nəfər uşağın təlim-tərbiyəsinə xidmət göstərən 1664 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı nəzərdə tutulan 332,4 milyon manat vəsait tam istifadə olunub.

Oxu24.com xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Hesabata əsasən, ümumi təhsil üzrə 2066,9 milyon manat proqnoza qarşı icra 100 faiz olub ki, bu da 4164 müəssisədə (o cümlədən 56 internat və xüsusi məktəb) çalışan 227936 nəfər işçinin (o cümlədən 139674 nəfər müəllim) əməkhaqlarının və digər xərclərin, o cümlədən 5 yaşlı 88027 nəfər uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması məqsədilə dövlət ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı xərclərin ödənilməsinə sərf edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə böyük təmir-bərpa işləri aparılacaq- Prezident açıqladı
Müəllim və həkimlərin maaşları artacaq? -AÇIQLAMA
Neftimiz           ucuzlaşdı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu