Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109708
az

Ucarda 3 aydır itkin düşən şəxs tapılıb

12:4723 May, 2024
58
CƏMİYYƏT
  • A

Ötən gün polis itkin düşmüş şəxs kimi axtarışda olan 6 nəfəri tapıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, daxil olmuş müraciətlər əsasında mayın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Ucar rayonunun Qazıqumlaq kəndində itkin düşmüş 1995-ci il təvəllüdlü kişi, aprelin 27-də Şəki rayonunda itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 7-də Maştağa qəsəbəsində itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 16-da Binəqədi rayonu ərazisində itkin düşmüş 1965-ci il təvəllüdlü kişi, mayın 17-də Bülbülə qəsəbəsində itkin düşmüş 1959-cu il təvəllüdlü kişi və mayın 21-də Buzovna qəsəbəsində itkin düşmüş 2002-ci il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
Bakının bu küçəsi təmir olunur - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ