Ağcabədi rayonunda 14 yaşlı qızla evlənən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Oxu24.com xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Hindarx qəsəbə sakini, 25 yaşlı Tufan Qubadov (ad və soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.
Bildirilib ki, Tufan 6 ay əvvəl Ağcabədidəki "Yunus" şadlıq evində toy edərək dayısı qızı olan 14 yaşlı Səbinə ilə evlənib. Həmin vaxt qızın anası ölkədə olmadığından toydan xəbərsiz olub. O, övladının Tufanla evləndirilməsini öyrəndikdən sonra DİN-ə müraciət edib və araşdırma aparılıb.
Araşdırmalarla yetkinlik yaşına çatmayan qızın öz razılığı ilə evləndirilməsi müəyyən edilib və T.Qubadov barəsində cinayət işi açılıb. Həmçinin qızın atası və nənəsinin iştirakı ilə evləndirilməsi bəlli olub.
Ağcabədi Rayon Məhkəməsinin 16 may tarixli hökmü ilə dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə 1 il 2 ay həbs cəzası verilib. (qafqazinfo)
Oxu24.com
ŞƏRHLƏR