Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10970
az

Qulağını çöplə təmizlədi, kəlləsində absess yarandı - Unikal hadisə

22:2415 Mart, 2019
957
CƏMİYYƏT
  • A
Britaniya otolarinqoloqları tibbdə unikal olay barədə məlumat yayıblar.

Oxu24.com medicina.az-a istinadən bildirir ki, qulağa yad cisim salınma səbəbindən kəllədaxili abses yaranması ilə bağlı hadisə qeydə alınıb.

Koventri Universitetinin LOR həkimləri 31 yaşlı kişi pasiyent qulağını çöplə təmizlədikdə, pambıq hissə qulağının içində qalaraq, dərinə getmiş və irinləmişdir. Qulağından çirk axan kişi xəstəxanaya gəldikdə onda xarici nekrotik otit diaqnozu qoyulur.

Maraqlısı odur ki, ağrı və irindən başqa kişidə qıcolma tutmaları da olurdu. 3 il ərzində 2 dəfə otitdən müalicə alan və artıq sol qulağında eşitməsi zəifləyən kişidə komputer tomoqrafiyası vasitəsilə beyin qişasında iki subdural abses aşkar olunur. Həkimlər problemin qulaqdan qaynaqlandığından şübhələnərək sol qulağın kanalını ciddi müayinə ediblər və orda qulaq tükləri ilə örtülmüş, görünməz olmuş pambıq kütləsi aşkarlayıblar.  Məhz bu səbəbdən qulaqda iltihab, otit yaranmış, iltihab  kəlləyə kimi çataraq absesə səbəb olmuşdu.
 
Həmin kütlə çıxarıldıqdan sonra xəstə 2 həftə xəstəxanada qalır və 2 ay antibiotik qəbul edir. Mülaicədən sonra abses, otit və eşitmə zəifliyi aradan qalxır.

Amerikalı larinqoloqlar da qulağa pambıqlı çöp salınaraq təmizlənməsinə qarşı çıxmışdılar. Həkimlər bildirir ki, bu çöplər qulağı təmizləmir, əksinə qulaq çirkini içəri, dərinə itələyərək, qulaq barabanı və pərdəsini zədələyir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
Yeni informasiya sistemi yaradıldı - REİS

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Faciəli şəkildə öldü