Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1097
az

May ayına olan qeyri-iş günləri – Rəsmi açıqlama

15:2426 Aprel, 2018
1611
CƏMİYYƏT
  • A
 May ayında 2 qeyri-iş günü olacaq. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, 9 May – Faşizm üzərində Qələbə günü və 28 May – Respublika günü iş günləri hesab edilmir.

Bu barədə Oxu24.com-a  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Şöbə müdiri qeyd edib ki, 9 May- Faşizm üzərində Qələbə günü çərşənbə gününə təsadüf edir və qeyri-iş günüdür: “28 May – Respublika günü isə bazar ertəsinə düşdüyündən həmin günün qeyri-iş günü olması ilə yanaşı, bu, eyni zamanda, beşgünlük iş həftəsi üzrə işləyənlərin üç gün (şənbə, bazar və bayram günü olan bazar ertəsi) ardıcıl olaraq istirahət etməsinə imkan verəcək”.

E.Babayev onu da qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “2018-ci ilin istehsalat təqvimi”nə əsasən, 2018-ci ilin may ayı üzrə aylıq iş vaxtı norması 167 saat, 2018-ci il üçün illik iş vaxtı norması isə 1 919 saatdır: “Bu norma altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsi üzrə çalışanlara da şamil edilir”.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın
Cənnətməkanda məktəbə soxulan ayı güllələndi - FOTO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi