Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109694
az

Rüfət Hacıyev haqda ardıcıl iki qərar

11:1423 May, 2024
104
CƏMİYYƏT
  • A

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvətə görə həbs edilən sabiq müdiri Rüfət Hacıyevin cinayət işi üzrə ibtidai istintaq davam edir.

“Qafqazinfo”nun məlumatına görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror seçilmiş qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edib.

Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib. Qərara əsasən, R.Hacıyevin həbsdə saxlanılma müddəti 3 ay uzadılıb.

Bundan sonra sabiq müdirin vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Rüfət Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Onun işlədiyi müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

O maşını kim sürürdü? - 17 yaşı var imiş
Nizaməddin Şəmsizadə komaya düşdü
Maşını görün kim sürürmüş - İmişlidəki qəzanın ŞOK TƏFƏRRÜATI

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb