Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109685
az

"Bayer Leverkuzen"in 51 oyunluq məğlubiyyətsizlik seriyası sona çatdı

10:1423 May, 2024
91
İDMAN
  • A

“Atalanta"nı təbrik etməliyik, onlar daha yaxşı idi. Biz öz oyunumuzu göstərə bilmədik, çox gərgin idik. Futbolçuların əhval-ruhiyyəsi yaxşı olsa da, problemlərimiz var idi. Qol epizodları yarada bilmədik”.

Oxu24.com xəbər verir ki, bu sözləri "Bayer"in baş məşqçisi Xabi Alonso Avroliqanın finalında "Atalanta"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. 

Mütəxəssis 51 matçlıq məğlubiyyətsizlik seriyalarının qırılması ilə bağlı söyləyib: "Bu gün qalib gəlmək üçün əla şansımız oldu və əlimizdən gələni etdik, amma işlər planlaşdırıldığı kimi getmədi. Ən yaxşı səviyyəmizi göstərmədik: hamı, o cümlədən mən. Məğlubiyyətə necə reaksiya verəcəyimiz çətin olacaq. Bundan müsbət mənada istifadə etməliyik. Əldə etdiyimiz seriya müstəsnadır və fəxr edəcəyimiz bir şey var. Bu məğlubiyyətdən dərs çıxaracağıq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yarış zamanı kəllə-beyin travması alan idmançı öldü
“Qarabağ”ın Avropa Liqasında turnir cədvəlindəki mövqeyi bəlli oldu
“Qarabağ” - “Malmö” oyununun biletləri satışa çıxarılır

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO