Dünya nikel qiymətləri 2023-cü ilin sentyabrından bəri ilk dəfə olaraq bir ton üçün 20 min dolları keçib.
OXU24.COM xəbər verir ki, London Metal Birjasında hərraclarda nikelin qiyməti bir ton üçün 21,304 min dollar təşkil edib.
Dünyanın nikel ehtiyatlarının üçdə birinə sahib olan Yeni Kaledoniyada (Sakit okeanın qərbində Fransanın xarici ərazisi) iğtişaşlar fonunda metal sürətlə bahalaşmağa başlayıb.
Bazar iştirakçıları tədarükün pozulması ehtimalından narahat olduqlarını bildiriblər.
Oxu24.com
ŞƏRHLƏR