Amerika Birləşmiş Ştatları İsraillə müvafiq razılaşma olmadan Fələstin dövlətinin tanınmasına qarşı çıxıb.
OXU24.COM xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
"Prezident əmindir ki, Fələstin dövləti birtərəfli tanınma yolu ilə deyil, tərəflər arasında birbaşa danışıqlar yolu ilə yaradılmalıdır", - ABŞ Milli Təhlükəsizlik Şurasındakı mənbə deyib.
Qeyd edək ki, bu gün Fələstinin müstəqilliyi İspaniya, Norveç və İrlandiya tərəfindən tanınıb. Belə dövlətlərin ümumi sayı 193-dən 143-ə çatıb.
Buna cavab olaraq İspaniya, Norveç və İrlandiyanın səfirləri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. Bundan əlavə, yəhudi dövləti bu ölkələrdən öz səfirlərini geri çağırıb.
Oxu24.com
ŞƏRHLƏR