Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109663
az

Almaniya Zelenskini Ukrayna prezidenti hesab etməyə davam edəcək

21:3822 May, 2024
173
DÜNYA
  • A

Ukrayna Prezidenti Volodimir Zelenski səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, Ukrayna prezidenti olaraq qalır.
 

OXU24.COM xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib.
 

Ukrayna Xarici İşlər Nazirliyinin sosial şəbəkələrdə yayımladığı Kiyevdə mətbuat konfransında diplomat qeyd edib ki, “Zelenski Ukraynanın qanuni prezidentidir... Nəinki Ukraynanın konstitusiyasına görə, ümumiyyətlə hərbi vəziyyət zamanı seçkilər keçirilə bilməz” .
 

O, həmçinin bildirib ki, seçkilər müharibənin bitməsindən yalnız altı ay sonra keçirilə bilər.
 

Bundan əvvəl Zelenski  müsahibəsində ölkədə hərbi vəziyyətə görə prezidentlik müddətinin hələ başa çatmadığını bildirib. Lakin Ukraynada heç də hamı dövlət başçısının fikri ilə razılaşmır.
 

Məsələn, Ukraynada Ali Radanın deputatı Aleksandr Dubinski əmindir ki, Zelenskinin ölkə konstitusiyası üzrə səlahiyyətləri mayın 21-nə keçən gecə başa çatıb və onların uzadılması üçün sadəcə olaraq heç bir hüquqi əsas yoxdur.
 

Lakin BMT hesab edir ki, Ukraynanın hazırkı prezidenti təşkilatın dövlət başçısı olaraq qalır.
 

Qeyd edək ki, 2019-cu ildə prezident seçilən Zelenskinin beş illik səlahiyyət müddəti mayın 20-də başa çatıb.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır
Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Kanadanın Baş naziri istefasını açıqladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda evlərdən oğurluq edən keçmiş    məhkum    tutuldu