Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iyulun 3-4-də Astanada keçiriləcək iclasında iştirak edəcəyini bildirib.
Oxu24.com bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
"Görüş zamanı BMT-nin baş katibi iyulun 3-4-də Astanada keçiriləcək ŞƏT Dövlət Başçıları Şurasının iclasında iştirakını təsdiqləyib", - mətbuat xidməti qeyd edib.
Təşkilatın rəhbəri Orta Asiya ölkələrinə səfəri çərçivəsində baş tutacaq.
Ötən həftə Rusiya prezidenti Vladimir Putin bildirib ki, ŞƏT və BRİKS formalaşmaqda olan çoxqütblü dünya nizamının əsas sütunlarına çevrilib.
Dövlət başçısı qeyd edib ki, bu təşkilatlar qarşılıqlı faydalı əməkdaşlığın layiqli nümunəsidir, onların iştirakçıları siyasət, təhlükəsizlik, iqtisadiyyat və humanitar sahədə konstruktiv qarşılıqlı fəaliyyət göstərirlər.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına tezliklə daxil olduğunu elan edib.
Miri
Oxu24.com
ŞƏRHLƏR