Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109619
az

Quru sərhədləri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

16:5522 May, 2024
699
REDAKTORUN SEÇİMİ
  • A

2020-ci ildən ölkəmizdə quru sərhədlərin bağlı olması səbəbindən turizm sektorunda müəyyən dəyişikliklər baş verib. Belə ki, sərhədlərin bağlı olması həm yerli turistlərin xaricə çıxışında, həm xarici turistlərin ölkəmizə gəlməsində problem yaradır. Təyyarə ilə səfərlərin baha olması isə bir çoxlarının ölkə xaricinə çıxışına mane olur.

 

Quru sərhədlərin bağlı olması Azərbaycana gələn turistlərin və yerli turistlərin xaricə çıxmasına necə təsir edir? Məsələn, bu illər ərzində quru sərhədlərin bağlı olması turizm sektoruna necə təsir edib?

 

Oxu24.com   xəbər verir ki, mövzu ilə bağlı turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov redaktor.az-a danışıb. O bildirib ki, sərhədlərin bağlı olması ölkəyə gələn turistlərin sayına təsir edir, eyni zamanda Azərbaycan vətəndaşlarının ölkədən çıxış sayına təsir edir:

 

“Çünki statistik olaraq da ölkəyə gələn və gedən marşurutlar daha çox qonşu ölkələrdən gəlirdi. Qonşu ölkələrdən gəldikləri üçün yerüstü nəqliyyat vasitəsi ilə giriş-çıxış daha çox olurdu. Görünən də odur ki, daha o ölkələrdə turistlərin sayı, statistikası daha tez bərpa olundu ki, həmin ölkələr daha açıq siyasət yürütdülər, istər vizaların sadələşdirilməsi, bütün sərhədlərin açılması və s istiqamətlərdə. Quru sərhədlərinin açılması, başqa baryerlərin götürülməsi ilə əlaqədar olaraq həmin ölkələrə daha çox turistlərin gəlib-getməsinə səbəb oldu. Biz də bildiyimiz kimi, müharibə şəraitindən çıxmış bir ölkə kimi, eyni zamanda bu pandemiyadan sonrakı dövrdə istər cənub qonşularımızla, istər Ermənistanla müəyyən gərginliklərin fonunda hansısa səbəblərdən quru sərhədin açılması hələ ertələnib. Amma təbii ki, bunun yanında müəyyən işlər də görülürdü. Çünki ümumi turizmdə bu illər ərzində artım var”.

 

Ekspert vurğulayıb ki, statistik olaraq ildən ilə gələn turistlərin sayı artıb.

 

“Bu da onun nəticəsində olur ki, daha çox ölkələrlə birbaşa uçuş xətləri bərpa olunur. Uçuşların bərpası, eyni zamanda ucuz hava daşıyıcılarının bazara girməsindən, birbaşa şəhərlərarası uçuşların sayının artırılması gələnlərin sayına təsir edir. Eyni zamanda uçuşların tezliyi artırılıb. Yəni həftədə bir dəfə olan uçuşlar artıq dörd dəfə olur. Yaxud da bəzi ölkələrlə, məsələn, Özbəkistan kimi ölkələrlə həftənin hər gün uçuşlar olur. Hətta bəzi günlər iki dəfədir. Bütün bunlar fonda artım yaradır. Amma gələcəkdə quru sərhədlərinin açılması da buna təsir edəcək və ümumi ölkəyə gələn əcnəbilərin və xaricilərin də sayının ciddi şəkildə artmasına yardım edəcək. Keçən il xaricə iki milyona yaxın Azərbaycan vətəndaşı gedib, amma 2019-cu ildə bu rəqəm 5.5 milyon idi. Bu onu göstərir ki, quru sərhədlər açıq olanda daha çox insan ondan istifadə edirdi. Qonşu ölkələrə daha ucuz başa gələn səfərlər edərdilər, yerüstü nəqliyyatla gedib oradan uçuşlar həyata keçirirdilər. Ümumi mənzərə budur. Amma quru sərhədləri açıldıqdan sonra bu hava xətlərinin də daha liberallaşması, ucuz hava daşıyıclarının bazara onlara daxil olması, uçuşların intensivliyinin artması öz fonunda ümumi artıma təsirini göstərəcək”, – deyə Ceyhun Aşurov bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda faciə: Ölən var
Səhiyyə Nazirliyində tutulan qadın kimdir? - YENİ DETALLAR
Bu sahədə çalışanların da maaşı artırılacaq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi