Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Əliyev Ədalət Veysəl oğlu Tərtərdə dəfn edilib. Ədalət naməlum şəhid kimi Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.
Oxu24.com xəbər verir ki, Tərtər şəhərindəki Şəhidlər abidə kompleksində rayon sakinlərinin, şəhidlərin ailə üzvlərinin, Tərtər və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.
Cənazə namazından sonra şəhid Tərtər şəhər məzarlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Əliyev Ədalət Veysəl oğlu Birinci Qarabağ müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ilin fevralında Kəlbəcərdə Murovdağ istiqamətində itkin düşmüş hesab olunurdu.
Oxu24.com
ŞƏRHLƏR