Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10961
az

Gələn aydan çoxuşaqlı analara verilən müavinət artırılır

20:1615 Mart, 2019
699
İQTİSADİYYAT
  • A
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli Fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm rola malikdir. Fərmanla beşdən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinət ödənilir. Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamı digər müavinət növləri kimi, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin də əhəmiyyətli dərəcədə artmasına imkan verib. Belə ki, gələn ayın, yəni aprelin 1-dən həmin müavinətin məbləği 55 manata çatdırılacaq.

Oxu24.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilib.

Misal üçün, ailədə 6 uşaq varsa həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat (hazırkı məbləğlə müqayisədə 132 manat çox) vəsait ödəniləcək.Hazırda Azərbaycanda beşdən çox uşağı olan qadınların 9 min nəfər uşağına bu müavinət verilir.

25 fevral 2019-cu il tarixli Sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur. Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata çatdırılacaq. Hazırda 120 nəfər uşağa bu müavinət növü ödənilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq sevənlərə ŞAD XƏBƏR -Yeni bazarlar salınacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 8 %-ə yaxın artıb
Bazar sahibkarlarına bəd xəbər: Vergi qiymətləri artırılır - VİDEO

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Faciəli şəkildə öldü