Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109609
az

Kaladze: "Qərb “ikinci cəbhə” açmaq istəyir"

15:5422 May, 2024
114
DÜNYA
  • A

Hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze Qərb siyasətçilərini Gürcüstana misli görünməmiş təzyiqlərdə və onun ərazisində “ikinci cəbhə” açmaq cəhdlərində ittiham edib. 

Yenisabah.az xəbər verir ki, həm də Tbilisi meri olan Kaladze deyib:

“Qərbin Gürcüstanda inqilabi ssenarini maliyyələşdirdiyi zaman düşmənçilik deyil, misli görünməmiş təzyiq, düşmənçilik deyil, dostluq münasibətləri görsək, biz onunla əməkdaşlığa hazırıq”.

Gürcüstan hakimiyyətinə bu cür təzyiqlərə misal olaraq o, Baltikyanı ölkələr və İslandiyaxarici işlər nazirlərinin Tbilisidə müxalifətin mitinqlərindəki son çıxışlarını göstərib:

“Əgər kimsə “ikinci cəbhə” açmaq istəyirsə, yəni Baltikyanı ölkələr, onlardan birinin xarici işlər naziri bu yaxınlarda Tbilisidə hökumət əleyhinə mitinqdə çıxış edibsə, ölkənizdə “ikinci cəbhə” açın və Gürcüstanı tək buraxın. Bu gün bizə düşmənçilik yox, sülh, dostlar və tərəfdaşlar lazımdır”.

Kaladze fikrincə, Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin vetosunu aşacaq və “Xarici təsirin şəffaflığı haqqında” qanunun qüvvəyə minməsini təmin edəcək.

O, Venesiya Komissiyasının bir gün əvvəl Gürcüstana göndərdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı rəyini mənfi qiymətləndirərək, onu əsassız, “siyasi qərəzli” adlandırıb və orada “faktların təhrif edildiyini” bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Ukraynanın hərbi     aerodromlarını      vurdu
Ukraynanın hər yerində həyəcan     siqnalı        verilib
"Zelenski psixiatra müraciət etməlidir"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi