Bir sıra ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə 2-9-cu siniflərində yaranmış boş yerlərə şagird qəbulu üçün müsabiqə elan edilir.
Oxu24.com xəbər verir ki, müsabiqəyə qeydiyyat mayın 23-ü saat 15:00-dan 3 iyun saat 17:00-a qədər sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq.
Qeyd edək ki, imtahanlar şagirdlərin 2024-2025-ci tədris ilində təhsil alacağı sinfə uyğun keçiriləcək. İmtahanların keçiriləcəyi tarixlər barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.
İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrdə qəbul aparılacaq siniflər haqqında məlumatlarla bu link vasitəsilə tanış olmaq olar.
Oxu24.com
ŞƏRHLƏR