Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109585
az

Komitə sədri: "Azərbaycanda qadınların böyük potensialı var"

12:4722 May, 2024
163
CƏMİYYƏT
  • A

Ulu Öndər Heydər Əliyevin qadınların inkişafına yönəldilmiş uzaggörən siyasəti bu gün bəhrəsini verir.

Ümummilli Liderimiz qadınların cəmiyyətdəki roluna çox böyük önəm verirdi.

Oxu24.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, parlamentin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Heydər Əliyev Mərkəzində keçirilən “SHE Congress”inin açılışında deyib.

“Azərbaycanda qadınların çox böyük potensialı var. Son zamanlar qadınların ölkəmizi bütün sahələrdə uğurla təmsil etməsi buna sübutdur. Biz bu potensialdan daha səmərəli şəkildə istifadə etməliyik”, - deyə komitə sədri vurğulayıb.

Hicran Hüseynova çıxışında Azərbaycanda qadın hərəkatının önəmini vurğulayıb. “SHE Congress”inin keçirilməsinin, qadınların toplaşması və bir-birinə dəstək göstərmələrinin vacib olduğunu qeyd edən Hicran Hüseynova, ölkəmizdə xanımların artıq biznes sahəsində də rollarını artırdığını deyib.

“Hazırda Prezidentimiz İlham Əliyev tərəfindən qadın siyasətinə böyük diqqət göstərilir. Qadınlarımız azad şəkildə təhsil alır, istədiyi sənətə yiyələnir, siyasətdə, iqtisadi və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Ölkəmizdə qadınların rəqabətədavamlı kadr potensialı mövcuddur ki, bu da çox sevindirici haldır”, - deyə H.Hüseynova əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yüksək vəzifəyə təyinatlar oldu
Zaqatalada yeni doğulan        körpə      öldü
Bu işi törədənlər yüksək           məbləğdə      cərimələnəcək

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi