Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109577
az

Sabiq tabor komandiri HƏBS EDİLDİ

12:1322 May, 2024
213
REDAKTORUN SEÇİMİ
  • A

Müdafiə Nazirliyinin tabeliyindəki N saylı hərbi-hissənin sabiq tabor komandiri Elnur Əliyev həbs edilib.

 

Oxu24.com-un  Qafqazinfo-ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrlik etdiyi məhkəmə heyəti belə hökm çıxarıb.

 

Elnur Əliyev rüşvət almaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Əliyev məhkəmə zalında həbs edilib. 

 

Ona Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə, eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə də ittiham verilmişdi. Məhkəmə həmin maddəni ittihamdan xaric edib.

 

Qeyd edək ki, E.Əliyev cinayət məsuliyyətinə cəlb edilənə kimi tabor komandiri işləyib. O, ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda olub

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhali ən çox bu internetprovayderindən şikayət edir
Əməkdar artistin oğlu soyuqdəymədən öldü
Cərimələrin bir qismi bu şəxslərin maaşına əlavə olunacaq

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı