Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109517
az

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO

17:4021 May, 2024
104
CƏMİYYƏT
  • A

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bakı şəhər DYP İdarəsindən verilən məlumata görə, Nizami DYP-nin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün “Minsk” markalı, 99 G 236 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Sadıxov Elçin Qədəmşah oğlu saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Sadıxovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

 

Rəisinin öldüyü qəzada ŞOK detallar üzə ÇIXDI: Bütün sirlər AÇILDI - SEPAH intiqam sözü VERDİ

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Cavanşir" körpüsünün yerində asfaltlanma işlərinə başlanıldı - VİDEO
Yeni monitorlar cərimə yazır? - DİN-dən AÇIQLAMA
Sabah yağış yağacaq

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Tovuzda ev qarət məqsədi ilə yandırılıb - FOTO